Nə üçün səhər tezdən durmalıyıq? | Erkən oyanmaq üçün 6 əla səbəb

Niyə səhər tezdən durmalıyıq?

Uğurlu bir həyat tərzi üçün  ediləcək ən əsas şeylərdən biri səhər tezdən durmaqdır. Araşdırmalar sübut edir ki, erkən oyanan insanlar gün boyu daha xoşbəxt,daha enerjili və məhsuldar olurlar.

Budur erkən oyanmaq üçün 6 əla səbəb...

1. Özünü kəşf et!

Uğur nə istədiyini bilən və bunun üçün ən doğru yolları kəşf edib əzmlə çalışanlara qismət olur. Uğurlu insanlar özünü kəşf edən, öz gerçək amal və arzularını bulan insanlardır. Bunun üçün edə biləcəyiniz ilk addım isə hər səhər erkən durmaq və özünüzə zaman ayırmaqdır. 
Bir çox insanlar diqqətlərini cəmləyə bilmədiklərinə görə arzu və məqsədlərinə çata bilmirlər. Gün ərzində nə edəcəyini müəyyən etməyənlər iş təlaşında nə edəcəklərini unuda bilərlər. Məlum olduğu kimi, beynimiz günün ilk yarısında daha səmərəli və nizamlı işləyir. Həyatınızı idarə etmək üçün bu müddətdən istifadə edin.

Nə üçün səhər tezdən durmalıyıq? | Erkən oyanmaq üçün 6 əla səbəb


2.Günü planlaşdırın!


Erkən qalxanların hər zaman günlərini qabaqcadan planlaşdırmaq imkanı var. Gününüzü nə qədər tez planlaşdırsanız, o gün daha məhsuldar olacaqsınız. Ertəsi günü axşama planlaşdırmaq əks effekt verir. Günün yorğunluğu artıq sizin üzərinizdə olduğu üçün beyniniz də dinləmək istəyəcək və ən sadə şəkildə məsuliyyətlərdən qurtulmağa çalışacaq.

3. Səhərlər Şəxsi İnkişafınız Üçün İstifadə Edin!

Oyandıqdan dərhal sonra məktəbə və ya işə getməlisiniz? Bir çox insanlar ailəyə, əyləncəyə, idmana vaxt tapa bilmədiklərindən şikayətlənirlər.Lakin səhər saat 6-da oyansanız, idmana çox vaxtınız olacaq. Bundan başqa, səhər idmanı sayəsində bədənimiz tərəfindən ifraz olunan endorfin hormonu bizi günün qalan hissəsində daha enerjili və formada saxlayacaq.

4. Səhər yeməyi Qızıl Qaydadır!

İndi hər kəs səhər yeməyinin günün ən vacib yeməyi olduğunu bilir. Araşdırmalar göstərir ki, səhər yeməyi vərdişinin sağlamlığa çoxlu müsbət töhfələri var. Nəqliyyat vasitələrinin hərəkət etmək üçün yanacağa ehtiyacı olduğu kimi, bədənimizin də gün ərzində düzgün işləməsi üçün səhər yeməyinə ehtiyacı var. Əgər evdən çıxmazdan bir neçə saat əvvəl oyanırsınızsa, bu qiymətli yeməyi atmaq üçün heç bir bəhanəniz yoxdur.

5. Uğurlu insanlar da erkən oyanırlar.

Twitter qurucusu Cek Dorsi üçün gün səhər 5:30-da başlayır. İşə başlamazdan əvvəl Cek 10 km qaçır və meditasiya edir. Apple şirkətinin baş meneceri Tim Cook səhər saat 4:30-da onun e-poçtlarına cavab verməyə başlayır. Rəqiblərinizin yatdığını unutmayın!Tədqiqatlar göstərir ki, erkən qalxmaq vərdişi insanlara yaradıcılıq qabiliyyətlərini üzə çıxarmağa imkan verir. Həm də rəqibləriniz yatarkən günə başladığınız zaman özünüzü yaxşı hiss edirsiniz. Üstəlik, özünüzü həmişəkindən iki saat yarım tez oyanmağa öyrəşdirsəniz, gündə əlavə 150 dəqiqə qazanırsınız. Hadi, oyan və ən gözəl günə başla..

 

0 şərh